çərşənbə axşamı 23 iyun 2026 - 16:19
Media necə İmam Hüseynə (ə) bənzər həyat tərzinin təbliğinə kömək edə bilər?

İslam cəmiyyətində sadiq və məsuliyyətli media qurumları üçün bu gün ən mühüm vəzifələrdən biri İmam Hüseyn (ə) və həzrət Zeynəbə (s.ə) bənzər həyat tərzinin izahı və təbliği istiqamətində məqsədyönlü və davamlı fəaliyyət göstərməkdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, müasir dövrdə media coğrafi sərhədləri faktiki olaraq aşaraq insanların düşüncə və davranışlarının mühəndisliyi səviyyəsində fəaliyyət göstərdiyi bir şəraitdə İmam Hüseyn (ə) və həzrət Zeynəbin həyat tərzi ilə bağlı meyarların izah edilməsi yalnız mədəni seçim deyil, İslam və şiə cəmiyyətinin uca kimliyinin qorunması üçün zəruri bir məsələ hesab olunur.

İmam Hüseyn (ə) məktəbində İzzət, hürriyyə və fədakarlıq 

İmam Sadiq (ə) Araşdırmalar İnstitutunun elmi şurasının üzvü doktor Məhdi İslami belə hesab edir ki, İmam Hüseyn (ə) kimi həyat tərzi hər şeydən əvvəl izzət, hürriyyə və fədakarlıq üzərində qurulub və bu, şəxsi mənafelərdən keçərək haqqın və ədalətin ucaldılması üçün addım atmaq mənasına gəlir. Onun sözlərinə görə, insan Allah bəndəliyi yolunda nəfsin istək və tələblərindən keçməyi bacarmalıdır ki, həqiqi dünya və axirət səadətinə nail olsun.

O əlavə edib ki, həzrət Zeynəb (s.ə) kimi həyat tərzi isə bəsirət, təbyin cihadı və emosional idarəetmə kimi amillər üzərində formalaşıb və burada təhdidlərin fürsətə çevrilməsi, maarifləndirmə və strateji səbir vasitəsilə mümkün olur. Bu sahələrdə həzrət Zeynəb Kübra (s.ə) ən yüksək zirvədə dayanır.

Mənəvi anlayışların media imkanları ilə tətbiqi
O həmçinin bildirib ki, bu prosesdə media, xüsusilə İslam cəmiyyətində ictimai rəyin formalaşdırıcıları kimi, bu meyar və anlayışları abstrakt sözlər çərçivəsindən çıxararaq gündəlik həyat üçün real davranış modellərinə çevirməlidir. Çünki bu uca məfhumlar yalnız bədii və media fəaliyyətinin köməyi ilə düzgün şəkildə izah edilə və yayına bilər.

Həyat tərzinin təbliği üçün ən ali nümunə

Məhdi İslami qeyd edib ki, bu gün həm Şərqdə, həm də Qərbdə mənəviyyata qayıdış sədasının daha güclü eşidildiyi bir dövrdə Aşura məktəbinə uyğun həyat tərzinin təsvir olunması və onun geniş şəkildə təbliği danılmaz zərurətə çevrilib. Xüsusilə də özünü şiə və İmam Hüseyn (ə) aşiqi hesab edənlər üçün bu məsələ daha böyük əhəmiyyət daşıyır.

O vurğulayıb ki, İmam Hüseyn (ə) yalnız Kərbəlada baş vermiş qəhrəmanlıq, cihad və şəhadət nümunəsi deyil, eyni zamanda bütün mənəvi, əxlaqi, ünsiyyət mədəniyyəti, ədəb və böyüklük, gecə ibadəti, səxavət və mərdlik, Quranla ünsiyyət və insanlara ehtiram kimi sahələrdə də ən uca nümunədir. Bir sözlə, İslam həyat tərzinin bütün sahələrində ən ali meyar kimi qəbul olunur və ona və Aşura günü şəhid olan səhabələrinə tabe olmaqla insan ilahi yardım sayəsində səadət yolunu seçərək öz ali məqsədinə çata bilər.

Zülm və fəsad qarşısında səbir və müqavimət

Qadınlar Elmi hövzəsinin tədqiqatçısı Nərgiz Şəkrzadə, İmam Hüseyn (ə) və həzrət Zeynəbə (s.ə) bənzər həyat tərzinin əsas meyarlarının düzgün şəkildə xüsusilə gənc nəsil üçün izah edilməsi və bəyan olunmasının bütün təbliğatçılar, müəllimlər və elmi elitanın vəzifəsi olduğunu qeyd edərək bildirib ki, bu meyarlardan biri zülm və fəsad qarşısında səbir və müqavimətdir. Onun sözlərinə görə, İmam Hüseyn (ə) məktəbində əxlaq prinsiplərinə sadiqlik və haqq uğrunda heç bir halda güzəştə getməmək, hətta təzyiq və çətinliklərə dözmək bahasına olsa belə, əsas və inkarolunmaz prinsip hesab olunur.

O əlavə edib ki, insan ləyaqətinin qorunması və yüksəldilməsi məsələsi də mühüm amillərdən biridir və bu həqiqəti həzrət İmam Hüseynin (ə) nurani həyat tərzi və kəlamlarında açıq şəkildə görmək mümkündür. Bu məktəbdə insan məhz səadətə ləyaqətlə birlikdə nail olur.

Haqq müdafiəsində üstün seçim

Şəkrzadə qeyd edib ki, Kərbəla və Aşura səhnəsi insanın seçim imtahanıdır. İnsan həyatının hər anı seçimlərlə bağlıdır və xoşbəxtlik və ya bədbəxtlik də bu seçimlər nəticəsində formalaşır. Onun sözlərinə görə, insanda həm ağıl, həm də nəfs mövcuddur və dünya ilə axirətin cazibəsi onu müxtəlif istiqamətlərə çəkir. Nəfsani və ya ilahi meyllər insanı ya mələklərdən üstün, ya da heyvandan aşağı səviyyəyə endirə bilər və bu, onun seçiminə bağlıdır.

O əlavə edib ki, bu əsasla Aşura hadisəsinin bütün mərhələləri seçim üzərində qurulub. İmam Hüseyn (ə) Mədinədə qalaraq təslim ola bilərdi, lakin haqqın bərpası və Peyğəmbər (s) və Əli (ə) sünnəsinin dirçəldilməsi yolunu seçərək Məkkə və Kufəyə hicrəti üstün tutdu. O, Yezid hakimiyyəti ilə barışa bilərdi, lakin cihad və şəhadəti seçdi. Eyni zamanda dünya rahatlığını seçmək imkanı olduğu halda axirət və əbədi səadəti üstün tutdu və bu səbəbdən tarixin bütün azadlıqsevər və haqq tələb edən insanların rəhbəri və ağası oldu.

İmam Hüseyn (ə) məktəbində təbliğ və “təbyin cihadı” vəzifəsi

O bildirib ki, media bu seçimi, o cümlədən haqq və batil arasındakı fərqi müasir və incəsənət dilində auditoriyaya çatdırmağı bacarmalıdır. Əgər bu vəzifə uğurla həyata keçirilərsə, “təbyin cihadı ” missiyası da yerinə yetirilmiş olar.

Hövzə araşdırmaçısı vurğulayıb ki, İmam Hüseyn (ə) məktəbində “təbyin cihadı” düşmənin təbliğat blokadasını həqiqətlərin açıqlanması, səmimi rəvayət və bu yolda möhkəm dayanmaq vasitəsilə yarmaq deməkdir. Bu müqəddəs yolda ən böyük mükafat isə şəhadət hesab olunur.

O, sonda qeyd edib ki, media sahəsində fəaliyyət göstərən və incəsənət və media vasitələri ilə təsirli, zəngin və cəlbedici məzmun istehsal edə bilən hər kəs öz imkanları daxilində İmam Hüseyn (ə) məktəbin həqiqətlərinin yayılmasına çalışmalıdır. Bu istiqamətdə səmimi və məqsədyönlü fəaliyyət İmam Hüseyn (ə) məktəbində sabitqədəmliyin şərtidir və ümid edirik ki, hamı bu böyük “təbyin cihadı” sınağında uğur qazanacaq.

Hesabat: Səid Məhəmmədməhdi Musəvi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha